Paşinyan bölgə icmalarının rəhbərləri ilə görüş keçirib: “Sünik hakimiyyətin diqqət mərkəzindədir”

“Sünik bölgəsi təhlükəsizlik məsələlərindən tutmuş kommunikasiyaya kimi problemlərin çoxluğuna görə hakimiyyətin diqqət mərkəzindədir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sünik icmalarının rəhbərləri ilə görüşündə deyib.

Niyə əvvəlcədən Sünikdə yol çəkməyiblər, sərhədi möhkəmləndirməyiblər sualına Paşinyan belə cavab verib:
“İcma rəhbərlərinin tam məlumata malik olmasını və onu birinci əldən almasını vacib hesab edirəm. Baş verənlər, nələrin gözlənildiyi və nəyin olmadığı haqqında məlumatdır”.
Baş nazir təəssüflə qeyd edib ki, informasiya sahəsində heç də həmişə həqiqətə uyğun məlumatlar yayılmır. O, həqiqəti yalandan ayıraraq situasiyaya birgə real qiymət verməyə çağırıb:
“Qeyd etmək çox vacibdir ki, təkcə daxili deyil, həm də xarici komponenti olan bir çox məsələlərdə dövlət və yerli hakimiyyət orqanları sinxron fəaliyyət göstərməlidir, çünki söhbət dövlət və milli maraqların qorunmasından gedir.
Paşinyan həmçinin bütün seçilmiş icma başçılarını seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edib. Onun fikrincə, ölkə vətəndaşlarının seçkilərə inamı artır:
“Seçki sistemimiz mükəmməl deyil, lakin vətəndaşlar anlayırlar ki, qərar verənlər onlardır”.
Baş nazir əlavə edib ki, müxtəlif regionların icma rəhbərləri ilə görüş formatı davam etdiriləcək və ola bilsin ki, bütün rəhbərlərlə problemlərin müzakirəsi üçün hansısa mexanizm yaradılsın.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button