Rubrikalar: DÜNYA XuralTAC

Paşinyan demokrat libasını qoyundu…

Qarnik Gevorqyan

ru.1-in.am (Ermənistan), 06.04.2019

Baş nazir Nikol Paşinyan hökumət toplantısında feyknyus, yalan məlumat və informasiya manipulyasiyaları deyilən məsələyə toxunaraq MTX direktoru Artur Vanetsyana bu məsələylə məşğul olmağı tapşırıb.

Nikol Paşinyan “Bəli, ölkəmizdə söz və informasiya azadlığına zəmanət verilib, amma bəzi kriminal çevrələr ictimai rəyi manipulyasiya etməyə milyonlar itirirsə, onda bu, milli təhlükəsizlik məsələsidir” deyib və Artur Vanetsyana üz tutaraq əlavə edib: “Bu barədə söhbətimiz olub. Ümid edirəm ki, sizin xidmət bu baxımdan konkret nəticələr təmin edə bilər. Belə deyək, sosial şəbəkələrdə bunun guya bizim inqilabımızla bağlı olduğunu göstərmək üçün, o cümlədən keçmiş hakimiyyət təmsilçilərinə münasibətdə zorakılığa çağıran inqilabi bayraq altında çıxış edən feyklərə qədər. Bu sayaq manipulyasiyalar çox sərt əks-zərbə almalıdır. Düşünürəm ki, Ermənistan qanunvericiliyi, əlbəttə, söz və fikir ifadə etmək azadlığı hüququnu heç cür şübhə altına almadan belə bir imkan verir. Bu, keçə bilməyəcəyimiz qırmızı xətdir”.

Nikol Paşinyanın bu açıqlaması artıq sosial şəbəkələrdə coşğun münasibət hasilə gətirib. Demək olar, hamı bu fikirlə həmrəydir ki, baş nazirin MTX başçısına tapşırığı, özəlliklə güc qurumlarını və MTX-ni bu məsələyə qatmaq xüsusən yolverilməzdir.

Əslində, yalan xəbərlər, feyknyus və informasiya manipulyasiyaları beynəlxalq problemdir. İnformasiya texnologiyalarının və özəlliklə sosial şəbəkələrin inkişafı buna gətirib ki, pul xərcləyərək ictimai rəyi azdırmaq və yalan məlumat verməklə cəmiyyəti çaşdırmaq olar. Bu problemin həlli hələlik tapılmayıb. Xüsusən, söz azadlığının ən ali və danılmaz dəyər sayıldığı inkişaf etmiş demokratik ölkələrdə də tapılmayıb. Avtoritar dövlətlərdə, xüsusən də müxtəlif dövlət qurumlarının informasiya meydanına və sosial şəbəkələrə müdaxilə cəhdi nəzərə alınmaqla repressiv üsullarla yalan məlumata və manipulyasiyaya qarşı əks təsir göstərməyə cəhd edən Rusiyada durum nisbətən özgədir. Son illərdə Rusiyada bu problemi tənzimləyən bir sıra qanunlar qəbul edilib.

Bəli, yalan, manipulyativ məlumat problemi Ermənistanda da var. Bəllidir ki, hakimiyyət opponentləri, birinci növbədə keçmiş sistemin təmsilçiləri bu imkandan yararlanırlar. Habelə aydındır ki, onlar bu məqsədə böyük məbləğdə pul itirirlər. Yəni Nikol Paşinyan problemin qoyuluşu baxımından tam haqlıdır. Amma onun bu vəzifənin həllini MTX-yə vermək üsulu yerindədirmi? Qətiyyən yox. Çünki bir yandan, Milli Təhlükəsizlik Xidmətini yalan məlumat və manipulyasiyalarla mübarizədə təsəvvür etmək çətindir, o biri yandan, aydındır ki, şərti deyilsə, MTX sosial şəbəkələrə girsə, bu, heç bir yaxşı nəticə verməyəcək. Bu məsələdə özbaşınalıq ehtimalı son dərəcə böyükdür və MTX, ya da istənilən başqa bir qurum hər şeyi asanlıqla necə gəldi bir-birnə qarışdıra bilər. Və Paşinyan bunun söz azadlığına təsir etməməli olduğu haqda nə qədər bəyan etsə də, aydındır ki, MTX-nin bu sahəyə qatılması söz və ifadə azadlığını pozacaq, çünki MTX hansı məlumatın mötəbər, hansının şübhəli olduğunu qət etdiyi andan kütləvi informasiya vasitələri və sosial şəbəkələr senzura obyekti olacaq. Bu, məqsədin nə dərəcədə düzgün  və səmimiliyindən asılı olmayaraq qaçılmazdır. Buna görə də Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə belə göstəriş verməklə istər-istəməz öz çıxışında keçilməsindən imtina haqda danışdığı qırmızı xətti keçib. Ümid etmək lazımdır ki, ictimai rəy bu məsələdə həlledici önəm kəsb edəcək və hökumət son nəticədə güc qurumları vasitəsilə saxta informasiya və manipulyasiyalarla mübarizə aparmaqda son dərəcə təhlükəli niyyətindən imtina edəcək. Biz təkrar edirik ki, bu problem dünyanın, demək olar, bütün ölkələrində var və demokratik dövlət kimi bu problemin həllinin axtarışındadır, Ermənistan da beləcə daha effektli və ən önəmlisi, söz azadlığını zərrəcə təhdid etməyən həll axtarmalıdır.

Tərcümə Strateq.az-ındır

Paylaş:

Share

Son Əlavələr

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam

“Sirr qutusu” tapıldı: Onu Rotşildlər qaçırıblarmış!-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 16 avqust 2019-cu il   Bu barədə dəfələrlə yazdım. Eyni nöqtədən irəliləməyə davam edərək dünyanın zirvəsində…

17 Avqust 2019 2:42 səhər
Xural.COM