Paşinyan: Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar tez-tez baş verməlidir

Ermənistanın baş naziri hesab edir ki, Əliyevlə görüşdə tərəflər erməni hərbi əsirlərin qaytarılması məsələsini müzakirə edəcəklər.

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, böhranlardan qaçmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar tez-tez baş verməlidir. O, bu barədə çərşənbə axşamı onlayn mətbuat konfransı zamanı deyib:

“Mövcud vəziyyətə əsasən hesab edirəm ki, Ermənistan və Azərbaycan nümayəndələri arasında tez-tez görüşlər keçirilməlidir ki, böhranlı vəziyyətdən çıxış yollarını tapa bilək”.

O, insidentlərin qarşısını almaq üçün Ermənistan və Azərbaycanın müdafiə nazirlərinin bir-biri ilə operativ əlaqə qurduğunu vurğulayıb.

“Aİ prezidenti [Çarlz Mişel] ilə ünsiyyət zamanı Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin rəhbərləri arasında operativ əlaqə yaratmaq ideyası yaranıb. Bunun məqsədi toqquşmaların qarşısını almaqdır. Bunun mümkün olub-olmadığı məlum deyil. Lakin mənim razılığımı verdiyim belə bir əlaqə faktının özü regionda vəziyyəti sabitləşdirməyə kömək edəcək. Bu, əvvəllər belə olmayıb. Və bu gün belə bir əlaqə artıq mövcuddur”, – deyə Paşinyan bildirib.

O hesab edir ki, dekabrın 15-də Brüsseldə Əliyevlə görüşdə tərəflər erməni hərbi əsirlərin qaytarılması məsələsini müzakirə edəcəklər: “Brüsseldə humanitar məsələləri, o cümlədən hərbi əsirlərimizin geri qaytarılmasını müzakirə edəcəyik. Regionda ciddi gərginlik var və biz danışıqlar və məsələlərin həlli üçün imkanlardan istifadə etməliyik”.

Ermənistan bütün saxlanılan əsirlrin Azərbaycandan geri qaytarılmasını istəyir. İrəvan dəfələrlə vurğulayır ki, regionda vəziyyətin sonrakı tənzimlənməsi müzakirə edilərkən bu, prioritet məsələdir. Bakı bəyan edir ki, 2020-ci ilin payızında Dağlıq Qarabağ ətrafındakı münaqişə zonasında döyüş əməliyyatları zamanı əsir götürülən bütün Ermənistan vətəndaşları geri qaytarılıb və yalnız “terrorçular və diversantlar” saxlanılır.

Bu arada Paşinyan çərşənbə axşamı bildirib ki, bu il noyabrın 16-da sərhəddə gərginliyin artmasından sonra 32 erməni hərbçisi Azərbaycan tərəfindən əsir götürülüb.

Baş nazir deyib ki, “3+3” formatında Qarabağ və nəqliyyat marşrutlarının açılması müzakirə edilməməlidir:

“Artıq yaradılmış formatlarda müzakirə olunan məsələlər “3+3” formatında müzakirə oluna bilməz. Məsələn, Qarabağ probleminin həlli üçün Minsk qrupu formatı var və biz onu başqa formatda müzakirə etməyəcəyik. Rabitələrin bloklanması ilə bağlı işçi qrupu var, ona görə də bu məsələ “3+3” formatında müzakirə olunmamalıdır”, – deyə o bildirib.

O əlavə edib ki, Ermənistan onun üçün suallar və müvafiq gündəlik olarsa, “3+3” formatında iştirak imkanlarını nəzərdən keçirəcək.

Bundan əvvəl Paşinyan bəyan etmişdi ki, “3+3” formatı digər mövcud formatları əvəz etməsə, digər regional layihələr kimi İrəvan üçün də maraqlıdır.

Bundan əvvəl Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı və Transqafqazda iqtisadi-nəqliyyat əlaqələrinin qarşısının alınması məsələsi ilə bağlı təşəbbüslə çıxış ediblər. İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi üçün addımlar atmağa hazır olduğunu bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya tərəfi Ermənistandan olan həmkarları ilə işləyir. Eyni zamanda, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani bildirib ki, Tbilisi “3+3” danışıqlar formatında iştirak etməyi planlaşdırmır, lakin sülhün qorunması üçün Bakı və İrəvana öz danışıqlar formatını – “üçlük” formatını təklif edir.

Ərazi ambisiyaları

Paşinyan həmçinin bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı ərazi ambisiyaları var:

“Azərbaycan öz hərəkətləri ilə göstərir ki, Bakının Ermənistana ərazi iddiaları var. Zəngəzur dəhlizi və ya Şərqi Zəngəzur nə deməkdir? Bu şərtləri kim irəli sürür? Biz bəyan etmişik və bəyan etməkdə davam edirik – məsələləri dəhliz məntiqi ilə müzakirə etməyəcəyik”.

Ermənistanın baş naziri Azərbaycan anklavları məsələsinə də toxunaraq, onların Ermənistan ərazisində mövcudluğunun hüquqi baxımdan nəzərdən keçirildiyini qeyd edib:

“Azərbaycan daima, o cümlədən noyabrın 9-da anklavlarla bağlı məsələ qaldırmağa çalışır və mən bu barədə danışdım. Bizim mövqeyimiz belədir. Başa düşmək lazımdır ki, anklav sadəcə olaraq xəritədə çəkilmiş rəsmdir və ya qanuni qeydiyyatdan keçmiş ərazidir. Kolxozların ərazi mübadiləsi halları bizə məlumdur. Belə mübadilələrin hüquqi əsası varmı? Biz bu məsələni ciddi şəkildə öyrənmişik və araşdırmaqda davam edirik”.

Eyni zamanda, Paşinyan vurğulayıb ki, Ermənistan və Azərbaycan yalnız sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması ilə bağlı sənəd imzalaya bilər:

“Suallardan belə başa düşürəm ki, demarkasiya və delimitasiyanın nəticələrinə dair sənədin imzalanması təəssüratını yaradıb. Belə bir şey yoxdur. İmzalana biləcək yeganə sənəd Ermənistan və Azərbaycanın demarkasiya və delimitasiya üzrə komissiya yaradacağıdır”.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button