Paşinyan Ermənistanın KTMT-də iştirakını dondurduğunu açıqlayıb

Yayımlandı: 23 Fevral 2024 14:15

Baş nazir Rusiyanı tənqid edib

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı “dondurulub”.

“Kavkazski uzel” xəbər verir ki, Ermənistan bundan əvvəl dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib. Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.

“Kollektiv təhlükəsizlik sazişi, fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilmədi. Bu, bizim diqqətimizdən kənarda qala bilməz. Biz bu sazişdə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq”, – Paşinyan bildirib.

Ermənistanın Baş naziri Rusiyanın Ermənistandakı hərbi bazasının bağlana biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, “hazırda biz bu barədə danışmırıq”.

Eyni zamanda Nikol Paşinyan Rusiya hakimiyyətinin mövqeyini tənqid edib. O bildirib ki, Rusiya bir neçə ay əvvəl açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button