Rubrikalar: ARAŞDIRMA GÜNDƏM XuralTAC

Paşinyan hakimiyyətini itirəcək, yoxsa kəlləsini?!-TƏHLİL

Mira Həsənova

regnum.ru, 06.08.2019

Azərbaycanın rəsmi hökuməti Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri üzrə bölməsinin müdiri Hikmət Hacıyevin simasında Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndidəki mitinqdə “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” bəyanatına sərt reaksiya verib.

“Trend”in yazdığına görə, Hacıyev Ermənistan baş nazirinin bəyanatını “bölgəni təhlükə və risklərlə üz-üzə qoyan destruktiv və fitnəkar”, “Ermənistanın əsil məqsədinin işğal olduğunun növbəti aşkar nümayişi”adlandırıb.

O bildirib ki, “onun danışıqlarda iştirakı yalnız ikiüzlülük və beynəlxalq birliyi yanlışlığa aparmaqdır”. Və bu zaman qeyd edib ki, “Azərbaycanın işğal edilmiş ərazilərini Ermənistana birləşdirmək çağırışları məsuliyyətsizlik və beynəlxalq birliyə, xüsusən də ATƏT Minsk Qrupunun münaqişənin danışıqlar yolu ilətənzimlənməsinə məsul həmsədrlərinə sayğısızlıq kimi dəyərləndirilməlidir”.

Əlbəttə, Ermənistan baş nazirinin bəyanatını bayağı populizmə aid etmək olar ki, bu da ona yad deyil. Axı Ermənistan dövləti başçısının belə mövqeyi özgə ərazisinin ilhaqını qəbul etməyi nəzərdə tutur, Qarabağın Azərbaycana məxsusluğu isə beynəlxalq hüquq və nüfuzlu bütün beynəlxalq təşkilatlar və aparıcı ölkələr tərəfindən təsdiqlənmiş mübahisəsiz faktdır.

Aydındır ki, Ermənistan tərəfi bu yöndə konkret addım atacağı halda hüquqi xarakterli ciddi nəticələr törəyəcək. Paşinyan faktiki olaraq Qarabağın Ermənistana məxsusluğu haqda bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üzrə sülh danışıqlarının davamı məsələsini sual altında qoyub.

Axı danışıqlar prosesi bu halda Azərbaycan üçün mənasız olur, işğal edilmiş əraziləri qaytarmağın yeganə yolu hərbi ssenari olaraq qalır.

Ermənistan lideri ölkənin əvvəlki başçılarından daha barışmaz mövqe sərgiləyib. Və əslində, onun sülh danışıqlarına tərəfdarlığı haqda əvvəlki bütün ifadələri, hətta Qarabağ separatçılarını danışıqlar masası arxasına əyləşdirmək istəyi ilə danışıqlar formatını dəyişdirmək səyləri yalnız sadəcə danışıqları uzatmaq və status-kvonu saxlamaq cəhdi çıxıb. Bu durumda Azərbaycanın Ermənistanı əraziləri qaytarmaq və sülhə məcbur etmək tələbilə Minsk Qrupuna və beynəlxalq birliyə müraciətində fayda var.

Bakıda ekspert cəmiyyəti Ermənistan liderinin bəyanatına birmənalı reaksiya verib: Paşinyan demaqoqiyaya əl atır, onun sözləri ərazini Ermənistan siyasətinin diskursunu müəyyən edən məsələ kimi qoyan güclərə hesablanıb, o, bu durumun girovuna çevrilir və onu təhlükəli potensialla dövrəyə alanların hamısına dəm tutmağa məcburdur.

Politoloq Tofiq Abbasov belə hesab edərək qeyd edir ki, Ermənistandakı siyasi qərarsızlıqlar tanınmamış respublikada “prezident seçkiləri” adlanan prosesdən sonra başa çatacaq. Bakı politoloqu deyir: “Paşinyan opponenetləri geri oturtmağa və separatçı Xankəndi rejiminin başına öz adamını qoymağa nail olarsa, onda ümid etmək olar ki, inqilabçı üçün təhlükəli duman dağılar və təhlükəli təqibçilərinə baxmadan ərazi məsələsinə ağılla girişər”.

Doğrudan da, axı Paşinyan əvvəllər ümid təlqin edən fikirlər səsləndirib ki, Bakı ilə birgə alqoritm tapmağa qəti köklənib. Amma işin gedişində ya Qarabağ, ya da hakimiyyət dilemmasının girovuna çevrildiyini anlayanda, hakimiyyətin saxlanması haqda qayğı onun üçün başlıca məsələ olub.

Abbasov izah edir: “Qarabağ problemi Ermənistanın siyasi komandası üçün hamının və hər şeyin taleyini müəyyən edən mexanizm olub.  Başqa sözlə, bu, yazılmamış qanun dərəcəsinə ucaldılıb – buna əsasən, başçı ərazi güzəştlərinə gedəcəyi halda birmənalı şəkildə dönük çıxır. O bu zaman təkcə hakimiyyətdən deyil, həm də kəllədən məhrum ola bilər”.

O, “siyasi camiədə Bakı ilə anlaşmağa qabil adam kimi seçilənKaren Dəmirçyan başda olmaqla sağlam düşüncəli siyasətçilərin 1999-cu ilin oktyabrında parlamentdə güllələndiyini xatırladır. Və Paşinyanın daxili dedi-qoduları uzansa, onda bu, istənilən anda cəbhə xəttinə götürülə bilər.

Ekspert vurğulayır: “Başqa sözlə, Paşinyana əl verərsə, Qarabağ klanının simasında silahlı müxalıifətin nazıyla uzun müddət oynaya bilər, amma Bakının maraqlarını özünün korporativ oyununa qoşmağa nail ola bilməz. Xüsusən də Azərbaycan danışıqlar xatirinə danışıqların yolverilməz olduğu haqda İrəvana xəbərdarlıq etdiyinə görə”.

“Cənubi Qafqaz” politoloqlar kubunun başçısı İlqar Vəlizadə sual edir: Bakının açıq-açığına nəticəsiz belə bir danışıqlar prosesinə qatılmağına dəyərmi? Çünki Paşinyan öz bəyanatları ilə Azərbaycan ərazilərinin ilhaqını faktiki etiraf edir, onları Ermənistana birləşdirmək niyyətini göstərir, bununla da sülh danışıqları aparmağa şans qoymur, bunu son dərəcə cüziləşdirir və Azərbaycana savaşa hazırlaşmaq arqumenti verir.

Bakı eksperti Paşinyanın bəyanatına qiymətdə qətidir: “Azərbaycan bu şəraitdə Paşinyanın bəyanatını Minsk Qrupu həmsədrlərinin nəzərinə çatdırmaqla uyğun reaksiya verməlidir. Paşinyanın sözləri bundan xəbər verir ki, məsələnin belə qoyuluşu ilə danışıqların mənası itir, o biri yandan, Ermənistanı sülhə, ən azı, konstruktiv danışıqlara məcbur etmək və ümumiyyətlə, danışıqlar prosesinin davamının gərəkliliyi haqda məsələyə baxmaq üçün şərait yaratmaq məqsədilə danışıqlar prosesinə yanaşmanı dəyişdirməkdən ötrü fayda var. İlhaq faktını heç gizlətməyən, hətta bunu uzunmüddətli perspektivdə möhkəmlətmək niyyətini göstərən Ermənistan tərəfinin belə mövqeyi ilə danışıqlar aparmaq mənasızdır”.

Qeyd edək ki, Paşinyan Ermənistanın Qarabağın Ermənistana məxsus olduğunu rəsmən bildirən ilk lideri oldu. O öz gedişini edib və bunun daxili istehlakçıya, Qarabağ klanına, müxalifətə, ya da Azərbaycana hesablandığı önəmli də deyil.

Bakıda onun fikrini eşidiblər və ehtimal ki, uyğun cavab ləngiməz. Amma bu necə olacaq, Dağlıq Qarabağ ətrafındakı hadisələr bundan sonra necə inkişaf edəcək? Bax, məsələ bundadır…

Tərcümə Strateq.az-ındır.

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
  • GÜNDƏM
  • XuralTAC

Röya xalq artisti oldu

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti” fəxri adının verilməsi haqqında" sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, sərəncamla…

21 Oktyabr 2019 7:15 axşam
  • GÜNDƏM
  • XuralTAC

Ankaradan Əliyev hakimiyyətinə sərt təpki: “Xalqın səsini eşidin”

“Ölkəni yaşanmaz bir həbsxanaya çevirmək, Azərbaycanı idarə edənlər üçün bir üz qarasıdır” Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə fəaliyyət göstərən Azərbaycan…

21 Oktyabr 2019 5:18 axşam
  • SİYASƏT
  • XuralTAC

Liberallar polis zorakılığına qarşı bəyanat verdilər

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev sədr aparatının iclasını keçirib. Partiyanın mətbuat xidmətindən xural.com-a verilən məlumata görə, iclasda…

21 Oktyabr 2019 5:09 axşam
Xural.COM