Paşinyan özünü təcrid etdi
Yazıldığı tarix 7 Yanvar 2021
0

Ermənistanın baş naziri Nikol Paşinyan özünütəcrid rejiminə keçib.
Bu barədə yanvarın 6-da “Sputnik Ermənistan” baş nazirin mətbuat katibi Mane Gevorqyana istinadən xəbər yayıb.
Mətbuat katibi Paşinyanın özünü ölkədəki epidemik vəziyyətlə əlaqədar olaraq təcrid etdiyini bildirib. Amma o, koronavirus testinin verilib verilmədiyinə və baş nazirin səhhətinə dair əlavə açıqlama verməyib.
Beləcə, baş nazir Ermənistanda milli səviyyədə qeyd olunan İsanın miladı ilə əlaqədar bayram tədbirlərində iştirak etməyəcək.
Nikol Paşinyan ötən ilin yayında koronavirusa yoluxmuşdu. Dünən isə Londonda tətildə olan Ermənistan prezidentinin koronavirusa yoluxduğu məlum olub. Armen Sarkisyanın hazırda İngiltərə paytaxtında müalicə aldığı bildirilib.
Daha çox oxunan
Elçin Əfəndiyevin qızı bu məhkəməyə hakim təyin ediləcək
28 Yanvar 2021