Paşinyan Putindən əsirlərin qaytarılmasını istədi

"Bu, Ermənistan üçün çox vacibdir"-dedi...

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Prezident Putin Nikol Paşinyanı Milli Məclisə erkən seçkilərin uğurla keçirilməsi və rəhbərlik etdiyi Mülki Müqavilə partiyasının qələbəsi münasibətilə təbrik edib.

Həmsöhbətlər bölgədəki vəziyyətə və 9 noyabr 2020 və 11 yanvar 2021 tarixli üçtərəfli bəyanatların müddəalarının tətbiqi məsələsinə də toxunublar.

Bu çərçivədə, Paşinyan hərbi əsirlərin geri qaytarılmasının Ermənistan üçün böyük əhəmiyyət kəsb etdiyini də deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button