Paşinyan Putinin ağuşunda

Rusiya prezidenti Vladimir Putin bu gün Kremldəki görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanı, partiyasının seçkilərdə qələbəsi münasibəti ilə təbrik edib və bütün planlarının reallaşdırmasında uğurlar diləyib.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

N.Paşinyanla görüşdə V.Putin həmçinin bildirib ki, Rusiya və Ermənistan arasında əmtəə dövriyyəsi artır, bu dinamikanı, eləcə də başqa istiqamətlər üzrə iki ölkənin qarşılıqlı fəaliyyətini saxlamaq lazımdır.

Bizim münasibətlərimizi xarakterizə etmək lazım deyil: bu həqiqətən də kifayət qədər yüksək məzmunla dolu ittifaq münasibətləridir”,– deyə Rusiya lideri bildirib.

O, xüsusi vurğulayıb ki, Rusiyanın xarici dövlətlərlə xarici iqtisadi əməkdaşlığında Ermənistan birinci yeri saxlayır, 2017-ci ildə ikitərəfli əmtəə dövriyyəsi, demək olar, 30% artıb.

“Bu ilin on ayı ərzində əmtəə dövriyyəsi daha 17,5% artıb. Dinamika yaxşıdır, onu saxlamaq lazımdır”, – Rusiya prezidenti deyib.

Onun sözlərinə görə, Moskva Yerevanla münasibətlərin belə səviyyəsinin, həm də yalnız iqtisadi sferada deyil, eləcə də başqa istiqamətlərdə, xüsusən də təhlükəsizliyin təmin olunması sahəsində, saxlanılması üçün ondan asılı olan hər şeyi etməyə hazırdır.

“Ümumiyyətlə, çox zəngin bir gündəliyimiz var”, – deyə Putin vurğulayıb.

Baş naziri Nikol Paşinyan görüşün gedişatında Rusiya Federasiyası prezidenti Vladimir Putini növbəti ildə Ermənistana baş çəkməyə dəvət edib.

“Biz, həmçinin növbəti ildə Sizi Ermənistanda rəsmi səfərlə gözləyirik və bu bizim üçün çox xoş olacaq”, – deyə Kremldə Putinlə görüşdə Paşinyan bildirib.

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfər edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button