Rubrikalar: DÜNYA XuralTAC

Paşinyan Putinin ağuşunda

Rusiya prezidenti Vladimir Putin bu gün Kremldəki görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanı, partiyasının seçkilərdə qələbəsi münasibəti ilə təbrik edib və bütün planlarının reallaşdırmasında uğurlar diləyib.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

N.Paşinyanla görüşdə V.Putin həmçinin bildirib ki, Rusiya və Ermənistan arasında əmtəə dövriyyəsi artır, bu dinamikanı, eləcə də başqa istiqamətlər üzrə iki ölkənin qarşılıqlı fəaliyyətini saxlamaq lazımdır.

Bizim münasibətlərimizi xarakterizə etmək lazım deyil: bu həqiqətən də kifayət qədər yüksək məzmunla dolu ittifaq münasibətləridir”,– deyə Rusiya lideri bildirib.

O, xüsusi vurğulayıb ki, Rusiyanın xarici dövlətlərlə xarici iqtisadi əməkdaşlığında Ermənistan birinci yeri saxlayır, 2017-ci ildə ikitərəfli əmtəə dövriyyəsi, demək olar, 30% artıb.

“Bu ilin on ayı ərzində əmtəə dövriyyəsi daha 17,5% artıb. Dinamika yaxşıdır, onu saxlamaq lazımdır”, – Rusiya prezidenti deyib.

Onun sözlərinə görə, Moskva Yerevanla münasibətlərin belə səviyyəsinin, həm də yalnız iqtisadi sferada deyil, eləcə də başqa istiqamətlərdə, xüsusən də təhlükəsizliyin təmin olunması sahəsində, saxlanılması üçün ondan asılı olan hər şeyi etməyə hazırdır.

“Ümumiyyətlə, çox zəngin bir gündəliyimiz var”, – deyə Putin vurğulayıb.

Baş naziri Nikol Paşinyan görüşün gedişatında Rusiya Federasiyası prezidenti Vladimir Putini növbəti ildə Ermənistana baş çəkməyə dəvət edib.

“Biz, həmçinin növbəti ildə Sizi Ermənistanda rəsmi səfərlə gözləyirik və bu bizim üçün çox xoş olacaq”, – deyə Kremldə Putinlə görüşdə Paşinyan bildirib.

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfər edib.

Paylaş:

This post was last modified on 27 Dekabr 2018 10:28 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

İlham İsmayıl “Siyasət meydanı”nda: “Milli Məclisə Qarabağdan danışmaq qadağan olundu!”-VİDEO

1 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Pompeonun 89 yaşlı atası zəhərlə öldürülüb?-ABŞ-ÇİN savaşında sui-qəsdlər-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 29 may 2020-ci il   İlk gündən bu yana diqqəti ABŞ-la Çin arasında gedən ticarət savaşına,…

31 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Zakir Həsənovdan düşmənə xəbərdarlıq: “Bu dəfəki tədbirlər …tam fərqli olacaq!”

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən virtualaz.org-a …

30 May 2020
Xural.COM