Paşinyan qeyri-bərabər mübadilə təklif edir

40 kilometr əraziyə qarşı 124 kvadrat kilometr...

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan cümə günü Berd şəhərində erməni seçicilərin qarşısındakı  çıxışı zamanı işğal olunmuş anklavlar haqda mübahisəli ərazi probleminin həlli variantını təklif edib.

Paşinyan hesab edir ki, Ermənistan və Azərbaycan razılığa gələ və anklavları dəyişdirə bilər, yəni ərazi vəziyyətini 1992-ci ildə yarandığı kimi saxlaya bilər. Rəsmi Bakı Paşinyanın bu müraciətinə hələlik cavab verməyib, ancaq çox güman ki,  ideyanın qəbul edilməyəcəyini söyləmək olar.

Səbəb sadədir və əgər haqqında danışılan ərazilərin ölçüsünü hesablasaq, hər şey aydın olacaq. Belə ki, 1992-ci ildə Azərbaycan ordusunun tutduğu və Gədəbəy rayonunun ərazisi ilə əhatə olunmuş Başkənd (Artsvaşen) erməni yaşayış məntəqəsi 40 kilometr ərazini əhatə edir.

Ermənistan ordusu həmin dövrdə Azərbaycanın Qazax rayonuna məxsus yeddi anklav kəndi və Naxçıvan Muxtar Respublikasına aid bir kəndi (Kərki)  işğal edib.

Onların ərazisinin ölçüləri:

Yuxarı Əskipara – 8,6 kvadrat  kilometr,

Aşağı Əskipara – 9,1 kvadrat  kilometr,

Bağanıs Ayrım – 40 kvadrat  kilometr,

Barxudarlı – 10,1 kvadrat  kilometr,

Sofulu-22 kvadrat  kilometr,

Qızıl Hacılı -11 kvadrat  kilometr,

Xeyrimli -4,1 kvadrat  kilometr,

Kərki (Naxçıvan Muxtar Respublikası) – 19,2 kvadrat  kilometr.

Qazax rayonunun işğal olunmuş yeddi kəndinin və Naxçıvan Muxtar Respublikasının bir kəndinin ümumi ərazisi 124 kvadrat kilometr təşkil edir ki, bu da Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə çoxdur.

Beləliklə, Paşinyan Azərbaycana qeyri-bərabər mübadilə təklif edir ki, bu da faktiki olaraq məqbul ola bilməz. Bundan əlavə, Azərbaycan tərəfindən şüurlu şəkildə güzəştə gedilməsi gələcəkdə presedent rolunu oynaya bilər ki, ermənilər buna istinad edərək beynəlxalq səviyyədə tanınmış sərhədlərin digər hissələrilə alver edə bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button