Paşinyan yenidən “təslimçi” adlandırıldı

Ermənistan parlamentinin sədri Alen Simonyan, “Şərəfim var” fraksiyasından olan millət vəkili Anna Mkrtçyanın mikrofonunu söndürüb və Baş nazir Nikol Paşinyanı “təslimçi” adlandırdığına görə sərt şəkildə hədələyib.

Hər şey Mkrtchyanın çıxışı zamanı “Nikol Artsaxa getməyə belə cəsarət etmədi” deyəndən sonra başlayıb. “Vətəndaş Sazişi” nin vitse-spikeri Akop Arşakyan buna reaksiya verərək deputatı hökumət başçısına qarşı düzgün və hörmətlə davranmağa çağırıb. Mkrtçyan, dediklərinin hörmətsizlik olmadığında israr edib. Vitse-spiker Arşakyan Anna Mkrtçyana xəbərdarlıq edib.

“Parlamentin iş qaydalarını bilmirsinizsə, yüzlərlə işçidən soruşa bilərsiniz”.

Spiker Alen Simonyan rəyasət heyətinə gələrək Arşakyanı sakitləşdirib. Mkrtçyan çıxışına davam edib və Paşinyanı “təslimçi” adlandıranda Simonyan mikrofonu söndürməyi tələb edib və onu töhmət verəcəyilə hədələyib. Sitat:

“Belə danışmağınızı qadağan edirəm və sizi konfrans salonundan çıxara bilərəm. Vaxtınız bitdi, yerinizi tutun və özünüzü yaxşı şəkildə fərqləndirməyə çalışın”.

Parlament üzvlərinin hiddətləri bir neçə dəqiqə ərzində səngiməyib, amma Simonyan yenə də parlament salonunda sakitliyi bərpa etməyə nail olub.

Qeyd edək ki, üçüncü prezident Serj Sarkisyan Paşinyanı “təslimçi” adlandırır. Baş nazirin tərəfdarları, liderini kim belə adlandırırsa, ona qarşı çox kəskin reaksiya verirlər.

Ermənistan Parlamentinin 8 -ci çağırışı  107 deputatdan ibarətdir. Hakim “Vətəndaş Sazişi” partiyası parlamentdə 71 deputatla təmsil olunur, 20 iyun seçkilərində ikinci yeri tutan Hayastan (Ermənistan) müxalifət bloku 29 mandat qazanıb, Üçüncü yeri isə 7 mandatla “Şərəfim var” bloku tutur. Anna Mkrtçyan da məhz bu blok adından Paşinyanı təhqir edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button