Paşinyandan hökumətdə gözlənilməz dəyişiklik

Arşak Aslanyan iqtisadiyyat nazirinin müavini təyin edilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan iqtisadiyyat nazirinin müavini Varos Simonyanı tutduğu vəzifədən azad edib.
Bu barədə qərar Ermənistanın Ədliyyə Nazirliyinin qanun layihələri (e-draft.am) portalında yerləşdirilib.
Paşinyanın digər qərarı ilə Arşak Aslanyan iqtisadiyyat nazirinin müavini olub.
Qeyd edək ki, Simonyan 22 avqust 2019-cu ildə iqtisadiyyat nazirinin müavini təyin edilmişdi. O, daha əvvəl Ermənistanın Avropa İttifaqında ticarət attaşesi olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button