Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir…”

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı hərbi uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürdüyünü, bu əməliyyatların Ermənistan üçün faciə ilə bitdiyini bəyan etmək məcburiyyətində qalıb.

Ermənistan Baş nazirinin açıqlamalarını “İnterfax” agentliyi dərc edib.

“Bu, bizim üçün böyük uğursuzluqdur, böyük fəlakətdir, yaxınlarını itirən insanlar üçün böyük bir matəmdir”, – deyə N.Paşinyan qeyd edib.

Ermənistan baş naziri həmçinin əlavə edib ki, ölkəsi buraxdığı kobud səhvləri yenidən nəzərdən keçirməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button