Paşinyanın arvadı təmas xəttinə gəldi və sülhə çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan bir qrup rusiyalı qadın ictimai xadimlə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gəlib. Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Anna Akopyan bu səfəri özünün “Qadınlar sülh naminə” sülhməramlı təşəbbüsü çərçivəsində təşkil edib. O, təmas xəttində Qarabağ münaqişəsinin tərəflərinə müraciətlə sülhə çağırış edib.

 

Anna Akopyanın təşəbbüsünə Rusiyadan qadın siyasi-ictimai xadimlər, həkimlər, yazıçılar, digərləri qatılıb. Sülh təşəbbüsü ilə təmas xəttinə gələn qadınları qondarma “dqr”in müdafiə naziri Levon Mnatsakanyan və “prezident” Bako Saakyan da müşaiyət ediblər.

Anna Akopyan bildirib ki, bu təşəbbüsü başladanda hansı maneələrlə qarşılşacağını nəzərə alaraq onun reallaşacağına inanmırdı.

Təmas xəttində rusiyalı qadınlar da nitqlərlə və çağırışlarla çıxış ediblər. Anna Akopyan onları Azərbaycana da səfər etməyə və təmas xəttinin digər tərəfindən sülhə çağırış etməyə səsləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button