Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı

Azərbaycanın Naxçıvana yolunu açması, bizim böyük uğurumuzdur.

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə Rusiyaya səfəri zamanı Moskvada yaşayan erməni hüquqşünaslarla qapalı görüşdən səs yazısı yayılıb.

Virtualaz.org xəbər verir ki, təhlükəsizlik xidməti həmin görüşə qatılanlardan mobil telefonları və smartfonları əvvəlcədən yığıb. Görüşün qapalı olduğu onların nəzərinə çatdırılıb, məlumat sızmasının qarşısını almaq üçün digər tədbirlər görülüb. Buna baxmayaraq Paşinyanın çıxışının bir hissəsini “Armvoice” telegram-kanalı tərəfindən yayılıb. Məlum olub ki, Ermənistanın baş naziri Qarabağda müharibənin başlamasına görə faktiki olaraq Rusiyanı günahkar sayır.

“…Ona görə də birbaşa demək lazımdır ki, bizdə olan status-kvo o həddə qədər qaldı ki, onun mövcudluğu Rusiyanın maraqlarına uyğun gəlirdi. Konyuktura dəyişəndə hər şey dəyişdi, və nəyə görəsə haqq ödəmək zamanı gələndə bəlli oldu ki, ya biz bunu edə bilmirik, ya ödəmək istəmirik, ya da ödəməyə heç nəyimiz yoxdur, çünki biz müflisik. Ola bilsin dövlət başçısından belə şeylər eşitmək yersizdir, amma hesab edirəm biz elə situasiyadır ki, bir-birimizə bunu deməyə məcburuq. Mən dərindən əminəm ki, kommunikasiyaların açılması, əlbətdə, əgər biz buna nail ola bilsək, yəni Azərbaycanın Naxçıvana yolunu açmaqla, bu bizim böyük uğurumuzdur. Təsəvvür edin, bizim Rusiya və İranla dəmir yol əlaqələrimiz olacaq. Biz şirkətlərdən investisiya yatırmağı xahiş edirik, amma pomidor yetişdirməklə güclü iqtisadiyyat qurmaq olmaz, sənaye, metallurgiya, İT sahəsi olmalıdır”, -səs yazısında deyilir.

This post was last modified on 16 Aprel 2021 12:19 axşam

Şərh yazın
Share

Son Əlavələr

  • MANŞET
  • XuralTAC

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

“Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və…

11 May 2021
  • MANŞET
  • XuralTAC

“İsrailin Məscidi-Aksada apardığı əməliyyata münasibətiniz nədir?”

Millət vəkili Fazil Mustafa "İsrailin Məscidi-Aksada apardığı əməliyyata münasibətiniz nədir?", sualına cavab verib. Xural.com aktuallığını…

11 May 2021
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Bu “təntənəli düzüm”ə niyə riza göstərdik?!”-10.05.2021

Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 10 may 2021-ci il, saat 17:00​-da canlı yayında Xural…

11 May 2021
  • MANŞET
  • XuralTAC

Şuşada Mehtər marşı ilə yürüş…-Video

Azərbaycan Ordusunun hərbçiləri Şuşada yürüş edib. "Qafqazinfo" xəbər verir ki, bunu əks etdirən görüntülər sosial…

10 May 2021
  • MANŞET
  • XuralTAC

İlham Əliyev hərbi aerodromun açılışına qatıldı

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun…

10 May 2021
  • MANŞET
  • XuralTAC

General Nağıyevlə birgə həbs edilən polkovniklər azadlığa çıxdı

Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri…

10 May 2021
Xural.COM