Pensiya yaşına yenidən baxılacaq

Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında deyib ki, “Vətəndaşların yaxşı pensiya almasında maraqlıyıq”. Yəni Azərbaycan hökuməti ölkə vətəndaşlarının yaxşı pensiya almasında maraqlıdır.

Sitat: “Pensiya yaşının süni şəkildə artırılıb-azaldılması böyük problemlər yarada bilər. Azərbaycanda ömür uzunluğu dinamikası müsbətdir və pensiya fondunun maliyyə vəziyyəti yaxşıdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pul alsınlar. Əvvəllər 12 il işləyən adama 25%-lə pensiya haqqı tanınırdı. Bu gün normal pensiya almaq üçün 35 il işləməlisən, üstəlik işləməklə yanaşı pensiya fonduna da pul köçürməlisən. Təklif edirəm ki, bu məsələ ilə bağlı seminar təşkil edək, mövzunu deputatlarla müzakirə edək. Bu, ciddi məsələdir. Gələn il pensiya fondu xərcləri, 15%-dən çox indeksasiya ediləcək”, – deyə o bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button