Pensiyalar artırılacaq – RƏSMİ

Azərbaycanda yanvar ayında pensiyalar artırılacaq.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, mövcud qanunvericilik əsasında hər ilin əvvəlində ötən ilin əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyaların bütün məbləği indeksləşdirilir:

“Biz artıq Dövlət Statistika Komitəsindən 2017-ci il üçün orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat əldə etmişik. Buna əsasən yanvar ayında pensiyalar artırılacaq”.(oxu.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button