Pentaqon: “DNT analizi İŞİD liderinin şəxsiyyətini təsdiq edib”

DNT analizinin nəticələri təsdiq edib ki, Birləşmiş Ştatların xüsusi əməliyyatının gedişatında öldürülmüş şəxs məhz İŞİD lideri Əbu Bəkr Əl Bağdadidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığının başçısı Kennet Makkenzi bildirib.

“Təcili analiz (meyitdən götürülmüş) nümunələr arasında uyğunluğu göstərdi”, – deyə o bildirib.

Makkenzi həmçinin əlavə edib ki, nəticələrin səhv olma ehtimalı 1-in 104 septilyona təşkil edir.

Oktyabrın 27-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Suriyada keçirilmiş xüsusi əməliyyat zamanı məhv edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button