Permdə mason sammiti, Azərbaycan masonları da ora yığışdı

Rusiyanın Perm şəhərində dünya masonlarının sammiti keçirilib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Böyük Lojasının Böyük ustadı, siyasi texnoloq Andrey Boqdanov özünün Facebook səhifəsində bildirir. Mason qurultayı “Qızıl açar” mason lojasının 235 illiyinə və Uralda masonluğa həsr edilib.

Qurultay iyunun 8-dən 10-na kimi keçirilib. Permə Azərbaycan, Belçika, Bolqarıstan, Yunanıstan, İtaliya, Niderland, Fransa, ABŞ və digər ölkələrdən mason lojalarının nümayəndələri qatılıblar. 200-ə yaxın iştirakçı Perm teatrlarında tamaşalara da baxıblar.

Permdə 1783-cü ildən mövcud olan “Qızıl açar” mason lojasının üzvləri arasında çar dövründə bir sıra yüksək vəzifəli şəxslər də olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button