PKK Almaniyada telekanalı zəbt etdi

Terrorçular Öçalan barədə proqramların yayımlanmasını tələb edib

Dünən 30-a yaxın PKK simpatizanı Almaniyanın Köln şəhərində yerləşəm “RTL” telekanalını zəbt edib.

Türkiyənin “Radikal” qəzetnin verdiyi məlumata görə, Almaniya vaxtı ilə saat 16.30–da PKK simpatizanları telekanalın konfrans zallarından birini zəbt edib. Terror örgütünün üzvləri Abdullah Öçalan və PKK lehinə şüarlar səsləndiriblər. Onlar kanal rəhbərliyindən xəbərlər proqramlarında Öçalan barədə xüsusi proqramların yayılmasını tələb ediblər. Polis və kanal rəhbərliyi PKK simpatizanları ilə danışıqlar aparır. Almaniyalı nazir Vesttervelle hadisəni (Westerwelle) “Düşüncə azadlığına qarşı saldırı ” adlandırıb. O eyni zamanda Almaniyanın və Avropa Birliyinin PKK-ı terrorçu təşkilat kimi tanıdığını xatırladıb.
Qeyd edək ki, qəzetimiz çapa gedərkən polisin PKK yanlıları ilə danışıqlar başa çatmamışdı.

Əfqan Muxtarlı

 

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button