Poçta silahlı basqın edildi

1669920.06.2013

Bakı şəhərinin Nəsimi rayonu ərazisində poçt şöbəsinə silahlı basqın edilib.

Hüquq-mühafizə orqanlarından lent.az-a verilən məlumata görə, “Azərpoçt” MMC-nin 1 saylı filialının Dilarə Əliyeva küçəsində yerləşən 10 saylı poçt şöbəsinə 2 nəfər naməlum şəxs silahlı basqın edib.

Üz nahiyələrini tibb ağızlığı ilə tutmuş həmin şəxslər qəfil poçt şöbəsinə daxil olublar və silahı orada işləyən 2 qadının üstünə tutublar. Həmin şəxslər poçt işçilərindən pul tələb ediblər. Qadınlar qorxudan qışqırmağa başlayıblar. Bunu görən silahlı basqınçılar başqa şəxslərin gəldiyini görərək qaçmağa məcbur olublar.

Faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə iş başlanılıb.

Hazırda silahlı basqınçıların yaxalanaraq istintaqa verilməsi istiqamətində iş aparılır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button