Polis AXCP-nin müşavirəsinə basqın etdi

Asef Quliyev

Partiyanın sədr müavini Asəf Quliyev və Ağaşirin Tanverdioğlu başından yaralandı, 5 cəbhəçi həbs edildi

Bu gün Sumqayıt şəhərində AXCP-nin müşavirəsinə polis basqını olub. Bu barədə redaksiyamıza məlumatı AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. A. Quliyevin sözlərinə görə, bu gün Ümid Partiyasının qərargahında AXCP-nin Sumqayıt və Qubadlı rayon təşkilatlarının birgə müşavirəsi keçirilib: “Müşavirəyə polis basqını oldu. 50 nəfərdən artıq polis Sumqayıt Polis İdarəsinin rəis müavinlərinin rəhbərliyi ilə bizə hücum etdi. Polislər cəbhəçiləri qədarlıqla döydülər. Mən və AXCP-nin Qubadlı rayon təşkilatının sədr müavini Agaşırın Tarverdioğlu başından yaralanıb. Polislər məni, Agaşırın Tarverdioğlunu, AXCP Gənclər Komitəsinin sədri Əbülvəz Qurbanlını, partiya fəalları Elçin Məmmədovu və Elçin Həsənovu həbs edib. Hazırda biz Sumqayıt şəhər 4-cu Polis Bölməsindəyik ”.

Əfqan MUXTARLI

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button