Polis Azərbaycan prezidentinin əvf etdiyi Bayram Məmmədovu həbs etdi

Martın 30-da Bakıda polis əməkdaşları iki həftə öncə əfv olunmuş “Nida” hərəkatının fəalı Bayram Məmmədovu saxlayıblar. Bu barədə jurnalistlərə fəalın atası Fərman Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Bayram Məmmədovu saxlayaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə aparıblar.

“Oradan Bayramı çıxarıblar. Mənə dedilər ki, onu Sabunçu Rayon Polis İdarəsinə apardılar. Amma orada deyirlər ki, Bayram burda deyil”, – Fərman Məmmədov bildirib.

Öz növbəsində, “Turan” agentliyi xəbər verib ki, Sabunçu Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, Bayram Məmmədov polisin tələblərinə tabe olmamaqda ittiham edilərək, 30 sutka inzibati həbs edilib.

Xatırladaq ki, “Nida” hərəkatının fəalı Bayram Məmmədov 2016-cı ildə ittiham olunub və prezident İlham Əliyevin 16 mart 2019-cu il tarixli fərmanı ilə əfv olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button