Polis polkovniki dövlətə xəyanət ittihamıyla həbs olunub

Yayımlandı: 13 Fevral 2024 10:56

Tərlan Abbaszadə ittihamı qəbul etməsə də, 17 il həbs cəzası alıb

Daxili İşlər Nazirliyinin (DİN) Xüsusi İdarəsinin baş kəşfiyyatçısı, polkovnik-leytenant Tərlan Abbaszadə dövlətə xəyanət ittihamıyla həbs olunub. O, İranın xüsusi xidmət orqanıyla gizli əməkdaşlıqda ittiham edilir.

İddia olunur ki, Tərlan Abbaszadə İranın xüsusi xidmət orqanının əməkdaşı ilə mütəmadi görüşüb, sirr sayılan bir sıra məlumatları ona çatdırıb. Həmin şəxsin eyni zamanda, İranın Azərbaycandakı səfirliyində çalışdığı bildirilir. İttihama görə, polis polkovniki bu əməkdaşlıq müqabilində ondan pul alıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Tərlan Abbaszadə 2007-2022-ci illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun işi üzrə istintaq da DTX-nın İstintaq Baş İdarəsində aparılıb.

Tərlan Abbaszadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir. O, özünü təqsirli bilmir.

Məhkəmə isə onun təqsirli olması nəticəsinə gəlib və 17 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button