Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı

Yerevan polisi prezident iqamətgahının təhlükəsizliyini gücləndirib

Yerevan polisi prezident iqamətgahının təhlükəsizliyini gücləndirib.

“RİA Novosti” xəbər verir ki, buna səbəb etirazçıların prezident Armen Sarkisyanla görüş üçün iqamətgaha gedəcəklərini söyləməsidir.

Hazırda parlamentin qarşısında müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirir Mitinqdə bir neçə min nəfər iştirak edir.

Aksiya iştirakçıları prezidentdən Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə Paşinyanın fərmanını imzalamamasını tələb edirlər.

Virtualaz.org bildirir ki, bu arada Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan erməni gəncləri küçələrə çıxmağa çağırıb. O, gənclərin baş nazir Nikol Paşinyana qarşı kifayət qədər aqressiv olmasından narazılığını bildirərək deyib: “Biz çox dözümlü xalqıq. İspaniyada musiqiçinin həbsinə görə 100 min nəfər gənc küçələrə axışaraq “Molotov kokteyli” ilə maşınları yandırdılar. Biz isə vətənimizin bir hissəsini itirmişik və heç nə, sakit aksiyalar gedir…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button