Polisi döyən deputatın məhkəməsi başlayır

Bu həftə deputat Eldəniz Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Proses noyabrın 5-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində olacaq.

Cinayət işi hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Eldəniz Səlimov 29 iyul 2021-ci il tarixdə Xaçmazda yerləşən “Starıy Dvor” restoranında xidməti vəzifəsini icra edən polis əməkdaşının ünvanına nalayiq ifadələr işlədib və ona bir neçə zərbə endirib. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Eldəniz Səlimov təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button