Polşada son 186 ilin ən isti günü yaşanıb
Polşada rekord dərəcədə isti qeydə alınıb.
“meteoprognoza.pl” metereoloji xidmətin məlumatına görə, ötən gün Polşada kölgədə 38,2 dərəcə isti qeydə alınıb.
Bildirilir ki, qeydə alınan dərəcə müşahidələr aparılmağa başlayandan ən yüksək dərəcədir. Krakovda 1833-cü ildə 38,4 dərəcə isti qeydə alınıb, lakin bu rekord rəsmi olaraq tanınmayıb.