Poroşenko Türkiyəyə səfər edib

Pyotr Poroşenko Türkiyə

Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyəyə işgüzar səfərə gedib.

Xural.com apa.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat yayılıb.

İki günlük səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir. P. Poroşenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək və prezidentlərin həmsədrliyi ilə keçiriləcək Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak edəcək. İclasın yekununda Ukrayna-Türkiyə sənədlərinin imzalanması planlaşdırılır.

P.Poroşenkonun səfər proqramında Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəman, baş nazir Əhməd Davudoğlu, türkiyəli iş adamları ilə görüşlər də nəzərdə tutulub.

Artıq Ankarada olan Ukrayna prezidenti yerli Krım tatar icmasının nümayəndələri ilə bir araya gəlib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button