Portağaldan dərman çıxdı

portagal derman

Bu dəfə də portağalın içərisinə tərkibi məlum olmayan dərman yerləşdirdilər.

Xural.com olaraq, dəfələrlə müxtəlif dərman vasitələrinin təcrübədən keçirilməsi üçün Azərbaycanın poliqon dövlət olaraq seçilməsi haqda yazmışıq. Artıq neçənci dəfədir ki, sosial şəbəkələrdə insanlar qarşılaşdıqları “ağlasığmaz” hadisələri ictimailəşdirərək, fərdi olaraq, insanları ehtiyatlı olmağa çağırırlar.

Bu dəfə də portağalın içərisindən dərman çıxdı. Faktın araşdırılmasını aparmalı olan müvafiq dövlət qurumları, ilk növbədə Səhiyyə Nazirliyi susur və açıqlama verməyə tələsmir. Əgər nəzərə alsaq ki, bu cür məhsulların Azərbaycana yol tapmasında gömrükçülərin də xidməti böyükdür, o zaman məsələnin dövlət səviyyəsində araşdırılmasına ehtiyac var.

Əslində Azərbaycana kənardan gətirilən yeyinti məhsullarının hər biri xüsusi laborator yoxlamalardan keçiriləndən sonra ölkəyə və satışa buraxılmalıdır. Bu cür məhsulların istehlakçılara çatması isə onu göstərir ki, vətəndaşların milli təhlükəsizliyi müvafiq qurumların məmurlarını heç də narahat etmir.

Videogörüntüləri Oxucularımıza təqdim edərək, bir daha yeyinti və ərzaq məhsulları alarkən və istifadə edərkən daha diqqətli olmağa səsləyirik.

Nə qədər ki, “başlı başını saxlasın” prinsipilə idarəolunma ilə qarşılaşacağıq, “ehtiyatlı igidin anası ağlamaz” atalar misalına riayət edəcəyik.

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button