Prezident Administrasiyasının şöbə müdiri bu partiya sədrləri ilə görüşüb-SİYAHI

Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, REAL Partiyasının sədri İlqar Məmmədov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Yaşıllar Hərəkatının rəhbəri Ceyhun Osmanlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vahid Azərbaycan Partiyasının sədri Tural Abbaslı, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə görüşüb.

Partiya sədrləri bu barədə Facebook səhifələrində məlumat paylaşıblar.

Partiya sədrləri görüş zamanı siyasi partiyalar və dövlət münasibətləri, siyasi partiyalar və parlament fəaliyyəti və s. ətrafında səmərəli və işgüzar söhbət apardıqlarını qeyd ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button