Prezident Adminstrasiyasında PKK-nı kim himayə edir?

Tahir Süleyman

İraqa gedən Tahir Süleymanı həbsdən kim xilas etdi?

 Dünən redaksiyamıza maraqlı bir məlumat daxil olub. Məlumat Azərbaycanda nəşr olunan və etnik azlıqların qəzeti olan «Diplomat»ın baş redaktorunun həbsdən azad edilməsi haqda idi.

Mötəbər mənbə bildirir ki, bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin sərhəd xidməti üzrə əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində «Diplomat»ın baş redaktoru Tahir Süleyman həbs edilib. Məlumatlara əsasən, MTN-nin keçirdiyi bu əməliyyat Prezident Adminsitrasiyasından edilən bir telefon zəngi ilə durdurulub.

Xəbərə görə, Tahir Süleyman həbs edilərkən tək olmayıb. Bildirilir ki, Azərbaycan-Gürcüstan sərhəddində keçirilən əməliyyat zamanı T.Süleymanla yanaşı, ROJHAT-LAÇIN kürd gənclər təşkilatının sədri Nicat Cəbrayılov da olub. Qeyd edək ki, Nicat Cəbrayılov bir müddət əvvəl Bakıda keçirdiyi mətbuat konfransında guya Azərbaycanda yaşayan kürdlərin ciddi problemlərlə qarşılaşdıqlarını iddia etmişdi. Bu gənc bir qədər də irəli gedərək Türkiyənin Böyük Millət Məclisindəki kürd deputatlara müraciət ünvanlayaraq Azərbaycan hökumətinə təzyiqlər etməyi istəmişdi. Bundan başqa, N.Cəbrayılov Azərbaycanın sabiq millət vəkili Cümşüd Nuriyevə qarşı ağır ittihamlar səsləndirərək ondan PKK-ya yönəlik çıxışlarına son qyomasını tələb etmişdi.

Maraqlıdır ki, Tahir Süleymanla Nicat Cəbrayılovun sərhəddə həbs edilməsi məsələsinə PA-dan müdaxilə edən məmurun kimliyi barədə dəqiq bilgilər açıqlanmır. Bu barədə informasiya verən mənbə deyir ki, Gürcüstandan Türkiyəyə, oradan da İraqa keçmək istəyən bu iki şəxsi MTN sərhəddə həbs edib və cəmi 4 saatdan sonra sərbəst buraxmaq məcburiyyətində qalıb.

Mənbə iddia edir ki, baş verən olayla bağlı olaraq MTN-dən prezident İlham Əliyevə şikayət də edilib.

Qeyd edək ki, T.Süleymanla N.Cəbrayılov avtobusla İraqa yollanmaq istəyirlərmiş. Bu şəxslər adətən İraqa yollanır və orada kürd iqtidarının rəhbərləri ilə geniş müsahibələr dərc edirlər. Azərbaycanda kürd və Azərbaycan dillərində nəşr olunan qəzetdə adətən İraqdan yazılan yazılar və müsahibələrə geniş yer ayrılır. Ölkənin yerli mətbuatı dəfələrlə «Diplomat»ın etnik separatizmlə məşğul olması barədə yazılar yazsa da, Azərbaycanın hüquq-mühafizə orqanları hərəkətsizlik nümayiş etdirirdilər.

Görünür, bu da səbəbsiz deyilmiş. Daxil olan informasiyadan da görünür ki, «Diplomat»ın sahibini hakimiyyətin ən yüksək dairələrində himayə edənlər var. Hətta bu adamların hökmü MTN-nin əməliyyatını dayandırmağa da yetir.

Nə vaxta və hara qədər?

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button