Prezident bəzi partiya sədrlərinin Novruz bayramını təbrik edib

Xural.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib. Bu barədə ilk məlumatı Xural TV-nin rəhbəri Əvəz Zeynallı Facebookdakı səhifəsində yayıb. “Prezident partiya sədrlərini təbrik edib” yazan Əvəz Zeynallı bu dəqiqələrdə maraqlı məlumatlar aldığını qeyd edib. “Koronavirusla bağlı gərgin məqamların yaşandığı bu günlərdə prezident İlham Əliyev siyasi partiya rəhbərlərinin Novruz bayramını təbrik edib. Prezidentin təbrikini sədrlərə siyasi partiyalarla əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çatdırıb. İlham Əliyev partiya sədrlərini və onların ailələrini təbrik edib” deyən Xural TV-nin rəhbəri daha sonra yazıb: “Dünənki sərt çıxışından sonra bu addım mənə çox manidar gəldi.”

Məlumatı musavat.com da təsdiqləyib: “Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib. Prezidentin təbrikini partiya sədrlərinə və digər simalara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. O deyib ki, Prezidentin tapşırığı ilə şəxsən onun adından partiya sədrlərinə, ictimai xadimlərə və onların ailələrinə xüsusi təbrikini çatdırır.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button