Prezident Baş Prokuroru işdən qovdu! – Pul yığa bilmədiyinə görə!

AzadlıqRadiosunun Türkmənistan xidməti ölkədə qarşıdan gələn “Asiya oyunları” üçün pul yığa bilməyən məmurların cəzalandırıldıqlarını yazır. Mənbənin yazdığına görə, mayın əvvəllərində işdən azad edilən baş prokuror və onun tabeçiliyində olan digər şəxslər məhz imkanlı adamlardan vəsait toplaya bilməməyin qurbanı olublar.

Bundan başqa daxili işlər nazirinə eyni səbəbdən ciddi töhmət verildiyi bildirilir.

Adı çəkilməyən mənbələrin Azadlıq Radiosuna dediklərinə görə son aylar “Asiya oyunlarına” pul verməkdən imtina edən onlarla biznesmen həbs edilib, bəziləri isə ölkədən vaxtında qaça bilib.

Onların sözlərinə görə həbs olunan biznesmenlər türkiyəli ilahiyatçı Fətullah Gülen hərəkatı ilə bağlılıqda günahlandırılır, onlara qarşı rəsmi ittihamlar irəli sürülür.

Maraqlısı budur ki, mənbələrdən biri Azadlıq Radiosuna bu məlumatı baş prokuror Amanmırat Halliyevin işdən çıxarılmasından bir neçə gün əvvəl verib.

95

Baş prokuror Halliyev

Hakim dairələrə yaxın olan mənbələrdən biri aprelin 29-da Halliyev və daxili işlər naziri İskander Mulikovun başları üzərində “qara buludlar” gəzdiyini deyib.

“Prezident İskander Mulikovdan biznesmenlər və məmurlar da daxil olmaqla imkanlı adamlardan pul yığılmasının tezləşdirilməsini tələb edir. Buna görə Aşqabad və regionlarda onlarla tanınmş biznesmen həbs edilib. Onlardan pul tələb olunur, əks halda pis aqibətlə hədələyirlər. Prezident Mulikov və Halliyevdən çox narazıdır. Bayramalı şəhərində bir neçə prokuror və Daxili işlər Nazirliyinin bir sıra əməkdaşı işdən qovulub və ya həbs edilib. Prokurorlardan birinin evində axtarış aparılarkən 15 milyon dollar tapılıb və artıq bu barədə prezidentə hesabat verilib”.

Məlumata görə Bayramalı şəhərinin prokuroru Nurmırat Abdrasulov da həbs olunanlar arasındadır.

Prezident Kurbankulu Berdımuxamed mayın 4-də keçirilən toplantıda prokurorluq və daxili işlər orqanların əməkdaşlarını korrupsiyada ittiham edib və baş prokuror da daxil olmaqla hər iki idarənin bir sıra yüksək vəzifəli məmurlarını biişdən azad edib.

Mənbələrdən birinin Azadlıq Radiosuna dediyinə görə iş o yerə şatıb ki, şəxsən prezident Berdımuxamedovun özü “Asiya oyunları” na kömək üçün iri biznesmenlərə müraciət edib.

O, buna misal kimi türkiyəli iş adamı, Türkmənistanda ən iri tikinti şirkəti olan “Polimeks İnşaat” şirkətinin rəhbəri Erol Tabançini misal göstərir.

Məlumatlara görə, Olimpiya kəndi Türkmənistan hökumətinə 5 milyard dollardan baha başa gəlib.

“Asiya oyunları” sentyabrın 17-27-si arası keçirilməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button