Prezident İlham Əliyev Formula -1 Azərbaycan Qran-prisinin açılış mərasimində iştirak edib – FOTOLAR

Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula-1 Azərbaycan Qran-prisi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Azərbaycan Qran-prisinin açılış mərasimini və final yarışını izləyirlər. 

Bir neçə dəqiqə sonra pilotlar final yarışına çıxacaqlar. Onlar 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

 

Pilotların start düzülüşü aşağıdakı kimidir:

1. Sebastian Fettel 1:42.538 (“Ferrari”)
2. Lyuis Hemilton (“Mercedes”)
3. Valtteri Bottas (“Mercedes”)
4. Daniel Rikkiardo (“Red Bull Racing”)
5. Maks Ferstappen (“Red Bull Racing”)
6. Kimi Raykonnen (“Ferrari”)
7. Esteban Okon (“Force India”)
8. Serxio Peres (“Force India”)
9. Niko Hülkenberq (“Renault”)
10. Karlos Sayns (“Renault”)
11. Lens Stroll (“Williams”)
12. Sergey Sirotkin (“Williams”)
13. Fernando Alonso (“McLaren”)
14. Şarl Lekler (“Sauber”)
15. Kevin Maqnussen (“Haas”)
16. Stoffel Vandorn (“McLaren”)
17. Pyer Qasli (“Toro Rosso”)
18. Markus Eriksson (“Sauber”)
19. Brendon Hartli (“Toro Rosso”)
20. Romen Qrojan (“Haas”)

Qeyd edək ki, Formula-1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Bu yarışlar 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Qeyri-rəsmi olaraq Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılır. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur.
Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button