Rubrikalar: GÜNDƏM XuralTAC

Prezident İlham Əliyev: “Qarabağ-bu Azərbaycandır və nida işarəsi”

Azərbaycan Prezidenti İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub.

“Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır”,-deyə İlham Əliyev Forumun plenar iclasında çıxışı zamanı bəyan edib.

“Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi”, – deyə İ.Əliyev əlavə edib.

İ.Əliyev onu da qeyd edib ki, Rusiya “Valday” forumu çərçivəsində Ermənistan tərəfinin Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlarına müvafiq reaksiya verib.

Bundan əlavə Prezident, Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla məqbul olması barədə açıqlamasına da toxunub.

“Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Münaqişədən əvvəl Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var”,-deyə Azərbaycan Prezidenti vurğulayıb.

“Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”,-deyə Prezident qeyd edib.(virtualaz.org)

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
  • GÜNDƏM
  • XuralTAC

Röya xalq artisti oldu

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti” fəxri adının verilməsi haqqında" sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, sərəncamla…

21 Oktyabr 2019 7:15 axşam
  • GÜNDƏM
  • XuralTAC

Ankaradan Əliyev hakimiyyətinə sərt təpki: “Xalqın səsini eşidin”

“Ölkəni yaşanmaz bir həbsxanaya çevirmək, Azərbaycanı idarə edənlər üçün bir üz qarasıdır” Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə fəaliyyət göstərən Azərbaycan…

21 Oktyabr 2019 5:18 axşam
Xural.COM