Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
APA-nın xəbərinə görə, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları bu yaxınlarda keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının əhəmiyyətinə toxunaraq, Soçidə ölkə başçıları arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Vladimir Putin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli…
OPEC+ formatı iştirakçılarının mövcud hasilat həcmini aprel ayında saxlamaq barədə dünənki görüşdə çıxarılan qərar qəfil qərar olaraq dəyərləndirilir. Yalnız Rusiyanın…
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda yekun nitqi söyləyib. Prezident İlham Əliyevin yekun nitqi -Sağ olun. Partiyamızın rəhbər…
Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib. Bununla bağlı YAP sədri İlham Əliyev sərəncam imzalayıb.…
Ermənistanda baş nazir Nikol Paşinyanla silahlı qüvvələrin (daha doğrusu onun qalıqlarının) Baş qərargah rəisi, general Onik Qasparyan arasında indiki qarşıdurmadan…
Prezident İlham Əliyev bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayındakı yekun çıxışı zamanı ölkədə siyasi diaqloqun dərinləşdirilməsi zərurətindən danışıb. Eyni…