Prezident İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana, başsağlığı verib

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində, insan tələfatı və dağıntılar barədə xəbər, məni, olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına, öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara, şəfa diləyirəm. Allah, rəhmət eləsin!”

Qeyd edək ki, Türkiyədə sel fəlakəti səbəbilə, Kastamonuda 25, Sionopda 22 nəfər ölüb, Bartında bir itkin, axtarışdadır. Kastamonu vilayətində isə, 100-dən çox itkinlə bağlı müraciət olub. Bu barədə “NTV” məlumat verib. Sel fəlakəti səbəbi ilə Kastamonunun 8 rayonu sel suları altında qalıb. AFAD, dağıntıya məruz qalan Kastamonu, Sinop və Bartın vilayətinin rayonlarında xilasetmə tədbirlərini davam etdirir. Dağıntıların yaşandığı şəhərlərdən, 1 720 vətəndaş evakuasiya olunub. Bölgədə genişmiqyaslı dağıntı var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button