Prezident İlham Əliyevin Moskvaya işgüzar səfəri başladı

Bu gün yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Az əvvəl səfir Polad Bülbüloğlu TASS-a bildirmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli danışıqların keçiriləcəyi  Moskvaya gəlib. “Azərbaycan Prezidenti Moskvaya gəlib, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, RF XİN-in və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşılayıblar. Hazırda Əliyevin korteji Kremlə tərəf yola düşür”, – deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Moskvaya gedib. Bu gün Rusiya prezidentinin vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan rəhbərləri arasında 10 noyabr üçtərəfli razılaşmasından irəli gələn məsələlərlə bağlı danışıqlar olacaq. Putinin habelə Əliyevlə və Paşinyanla ayrılıqda görüşəcəyi də gözlənilir. Kremlin dünən yaydığı məlumatda belə deyilirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button