Prezident Rusiyanin yeni elçisini qəbul edib
Prezident İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. “Siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olundu”, – məlumatda yazılıb.
Səfir yeni təyinata qədər MDB ölkələrinin Birinci Departamentinin direktoru olub.
M.Yevdokimov 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib O, yeni vəzifəsində Mixail Boçarnikovu əvəz edir.