Prezident və xanımı Eldar Sabiroğlunu İstanbula göndərdi-ƏMƏLİYYAT OLACAQ

Sabiq YAP deputatı, Müdafiə Nazirliyinin sabiq Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu ağır bir əməliyyat üçün Türkiyənin İstanbul şəhərinə, tanınmış klinikalardan birinə yerləşdirilib. Xural.com-un özəl mənbələrdən aldığı məlumata görə, bu, “İstinye” klinikasıdır. Burada Eldar Sabiroğlu ən azı 6 saat davam edəcək beyin əməliyyatı ediləcək. Redaksiyamıza daxil olan məlumata görə, Eldar Sabiroğlunun əməliyyatı və müalicə xərcləri Prezident  İlham Əliyev və Birinci Vitse-prezident Xanım Mehriban Əliyevanın diqqətində və nəzarətində olacaq.

Eldar Sabiroğluna tezliklə sağalmasını və Vətənə qayıtmasını arzulayırıq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button