Prezidentdən AZAL-a tənqid

prezident1 “AZAL yüksək xidmət göstərir, mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Axı başqa ölkələrə nisbətən  kerosin ucuz qiymətə verilir, niyə aviabiletlər bahadır?”

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Prezident bildirib ki,  AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: “Bütün təyyarələr dövlət büdcəsi hesabına alınır, aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. O halda başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?”
Prezident Maliyyə və Sənaye və İqtisadiyyat nazirliklərinə bu məsələ ilə məşğul olub, digər ölkələrlə müqayisə aparmağı tapşırıb: “Burada tənzimləmə mexanizmi olmalıdır, hər şey şəffaf olmalı və qiymətlər qaldırılmamalıdır”.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button