Rubrikalar: DÜNYA GÜNDƏM XuralTAC

Prezidentin 9 uşağından ən böyüyü Tacikistanın ikinci şəxsi oldu

Tacikistan prezidenti İmaməli Rəhmonun 9 uşağının (7 qız, 2 oğul)  sırasında 31 yaşlı böyük oğlu Rüstəm Rəhmon parlamentin yuxarı palatasının – Milli Məclisin (Senatın)  sədri seçilib. Bu barədə aprelin 17-də Tacikistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Xural.com musavat.com-a istinadən xəbər verir ki, senatorlar yekdilliklə bu təyinatadək paytaxt Düşənbənin meri olan Rüstəm Rəhmonun namizədliyini təsdiqləyiblər. Qeyd edək ki, Senat 33 üzvdən ibarətdir. Onlardan 25-i ölkənin rayon, şəhər və rayonlarının xalq deputatlarının birgə iclaslarında səsvermə yolu ilə seçilir, 8 senator isə prezident tərəfindən təyin olunur.

“Fərqanə” nəşri yazır ki, prezident oğlu bu təyinatla  Tacikistanın ikinci şəxsi olub. Prezidentin ölümü, istefası və ya iş qabiliyyətini itirdiyi halda, dövlət başçısının bütün səlahiyyətləri parlamentin yuxarı palatasının sədrinə keçəcək.  2016-cı ildə ölkə konstitusiyasına dəyişiklik edilib və prezidentliyə namizədin yaşı 35-dən 30-a endirilib. Bu da Rüstəm Rəhmonun bu ilin noyabrında baş tutacaq prezident seçkilərində iştirak etməsinə imkan verir.

Prezident böyük oğlu Rüstəmi 2018-ci ildə paytaxt Düşənbənin meri təyin edib. Prezidentin 31 yaşlı oğlu mer postuna təyinatdan əvvəl Dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyinə rəhbərlik edirdi.

“Bu, Rüstəm Rəhmonun prezidentliyə hazırlamaq prosesinin son mərhələsidir”. Tacikistan İslahat və İnkişafı Hərəkatının rəhbəri Sharofiddin Qadoev iki gün əvvəl “Nezavisimaya qazeta”ya deyib ki, bu, heç də Rüstəmin payızda prezident ola biləcəyi anlamına gəlmir. Çünki fakt budur ki, dünyada koronavirus infeksiyasının yayılması səbəbindən Tacikistanda  iqtisadi vəziyyət çox pisləşib. Tacikistanın hakimiyyət orqanları ölkədə virusun olmadığını açıq inkar etmək yolunu tutması səbəbsiz deyil. Ölkədə karantin rejimin elan olunması iqtisadi vəziyyəti daha da pisləşdirə bilər ki, hökumətin bunu qarşılamağa imkanları yoxdur. Beləliklə, yaxınlaşan böhran payızda nəzərdə tutulan prezident seçkilərində rejimin reytinqinə ciddi zərbə vuracaq. Bu gərginlik fonunda isə İmaməli Rəhmon növbəti prezidentliyə məcburdur. Çünki oğlu koronovirusun da gətirəcəyi dərin böhranın öhdəsindən gələ bilməyəcək”deyə o, əlavə edib.

Tacikistan hakimiyyəti isə artıq yavaş-yavaş  ölkədə epidemiya təhlükəsi barədə danışmağa başlayıb. Belə ki, Tacikistan prezidenti hökumətin iclasını keçirərək, “bizdə bu xəstəlik olmasa da, tədbirlər zəruridir” deyə, çıxışında bildirib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Marqarita Simonyan: “Ulu nənəm Paşinyanın gözlərinə tüpürərdi”

Məşhur rusiyalı jurnalist, Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan bugünkü Ermənistan hökumətinin ünvanına ardıcıl tənqidlərlə çıxış etməkdə davam edir.…

4 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Yol polisi 688 nəfəri inzibati məsuliyyətə cəlb etdi

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy,…

4 Avqust 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Polkovnik Ehsan Zahidov: “Fuad Qəhrəmanlı BMCMİ-yə gətirilməyib”

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Fuad Qəhrəmanlı və Seymur Əhmədov ad və soyadlı şəxslərin işgəncələrə məruz qalması ilə bağlı iddialara…

4 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Şəhid generalımız haqda kitab çıxdı – Pulsuzdur

Ermənistanla sərhəddə, Tovuz istiqamətində ötən ay baş verən döyüşlərdə şəhid olan general Polad Həşimov haqqında kitab dərc olunub. Kult.az xəbər verir…

3 Avqust 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı ilə İstanbul söhbətləri-4#KINALIADA-VİDEO

Xural TV-nin rəhbəri Əvəz Zeynallının "İstanbul söhbətləri" davam edir. Bu dəfə 4-cü - Xınalıada bölümünü xural.com olaraq Oxucularımızın diqqətinə təqdim…

3 Avqust 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Rayonlara gediş-gəliş qadağası ilə bağlı QƏRAR verildi

31 avqustadək  ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla) davam edəcək.…

3 Avqust 2020
Xural.COM