Prezidentin jurnalistlərə hədiyyə etdiyi bina qəzalı durumda

Prezident İlham Əliyev tərəfindən açılışı edilən jurnalistlərin binasında qəza vəziyyəti yaranıb.

AzToday.az xəbər verir ki, bu barədə jurnalistlər binasının sakini Rəşad Süleymanov sosial şəbəkədə məlumat yayıb.

Jurnalistin statusunu olduğu kimi təqdim edirik:

“Birinci Jurnalistlər Binasının zirzəmisinin birinci mərtəbəsi su ilə dolub. Qəza vəziyyəti yaranır. Suyu kənara vuran nasoslar işləmir. Üstəlik yanğınsöndürmə xətti sıradan çıxıb. Evpulu üçün gündə zəng edən komendant məsuliyyətsizlik göstərir, heç nə ilə maraqlanmır. Bu gün 112 çağırış xidmətinə və Azərsuya zəng edəcəm. Binada işi pul yığmaq olan Dünyamin adlı zat barədə də qonşular gəlin DTX yə müraciət edək. Bunun kimliyini araşdırsınlar. Mərtəbələrin qəza çıxışını bağlatdıran, yanğın nasoslarının işləmədiyini FHN – dən gizlədən, binanın qəza vəziyyətinə düşməsinə şərait yaratdıran bu adam hesab edirəm hansısa sabotaja hazırlaşır. Allah qorusun, sonra bir şey olsa demədi deməyin”.

Qeyd edək ki, sözügedən bina 2014-cü ildə istismara verilib. Binada 156 şəxsə mənzil hədiyyə edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button