Rubrikalar: GÜNDƏM XuralTAC

Prezidentin köməkçisindən və Müdafiə Nazirliyindən açıqlama

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı “Report”a bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

Onun sözlərinə görə, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də düşmənin .hücum cəhdinin qarşısı alındığını bildirib: “Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb”.

Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir və Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb: “Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilmişdir. Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir.

Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatları eləcə də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

Eyni zamanda bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

Dünya birliyi COVİD-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırırıq.

Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Paylaş:

This post was last modified on 12 İyul 2020 9:24 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Marqarita Simonyan: “Ulu nənəm Paşinyanın gözlərinə tüpürərdi”

Məşhur rusiyalı jurnalist, Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan bugünkü Ermənistan hökumətinin ünvanına ardıcıl tənqidlərlə çıxış etməkdə davam edir.…

4 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Yol polisi 688 nəfəri inzibati məsuliyyətə cəlb etdi

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy,…

4 Avqust 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Polkovnik Ehsan Zahidov: “Fuad Qəhrəmanlı BMCMİ-yə gətirilməyib”

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Fuad Qəhrəmanlı və Seymur Əhmədov ad və soyadlı şəxslərin işgəncələrə məruz qalması ilə bağlı iddialara…

4 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Şəhid generalımız haqda kitab çıxdı – Pulsuzdur

Ermənistanla sərhəddə, Tovuz istiqamətində ötən ay baş verən döyüşlərdə şəhid olan general Polad Həşimov haqqında kitab dərc olunub. Kult.az xəbər verir…

3 Avqust 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı ilə İstanbul söhbətləri-4#KINALIADA-VİDEO

Xural TV-nin rəhbəri Əvəz Zeynallının "İstanbul söhbətləri" davam edir. Bu dəfə 4-cü - Xınalıada bölümünü xural.com olaraq Oxucularımızın diqqətinə təqdim…

3 Avqust 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Rayonlara gediş-gəliş qadağası ilə bağlı QƏRAR verildi

31 avqustadək  ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla) davam edəcək.…

3 Avqust 2020
Xural.COM