Prezidentin maaşı müəllimin əmək haqqından 61 dəfə çoxdur

Azərbaycan prezidenti son bir həftədə müəllimlər, həkimlər və incəsənət xadimlərinin maaşlarını 10 faiz artırdı. Bu təbəqənin əməkhaqqı kifayət qədər nəzərə çarpan formada aşağı olduğundan artırılan 10 faiz də kiçik rəqəmlərlə ifadə edilir.

Məsələn, müəllimlərin maaşlarına əlavə edilən 10 faiz aya 21 manat 30 qəpikdir. Çünki Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatına görə Azərbaycanda bir müəllimin aylıq orta maaşı 213 manatdır.

Amma məsələn, prezidentin maaşı 10 faiz artırılsaydı, dövlət başçısı dekabrdan başlayaraq ayda indikindən 1500 manat çox alacaqdı. ona görə ki, onun aylıq maaşı 15 000 manatdır.

Dövlət başçısının əməkhaqlarının artırılması sərəncamlarında 10 faizlik artım nadir faiz rəqəmlərindədir.

Təkcə bu il prezident pensiyaların 40 faiz, polis və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının maaşlarının 30 faiz artırılması barədə sərəncam imzalayıb.

Müxalifət mediasında bunu prezidentin daha çox hüquq-mühafizə orqanlarına güvənməsi və onların dəstəyini özünə təmin etməsi kimi izah edirlər. Amma hökumət təmsilçiləri əslində müəllim və həkimlərin sayının çox olduğunu, buna görə onlara artırılan 10 faiz əməkhaqqının başqa təbəqələrə verilən 30 faiz artımdan büdcəni daha çox yükə saldığını deyirlər.

Bu cür arqumentlər çəkişməsini uzatmadan rəsmi məlumatlar əsasında dövlət büdcəsindən kimlərin nə qədər maaş almaları barədə rəqəmlərə keçək.

Beləliklə, Azərbaycanda ali dövlət vəzifələrini tutanların büdcədən aldıqların aylıq əməkhaqlarının miqdarı aşağıdakı kimidir:

Prezident  15000

Baş nazir   2406

İcra hakimiyyəti orqanlarının yüksək səviyyəli məmurları maaşlarına aya vergi tutulmayan 25 faiz də təmsilçilik haqqı alırlar. Bu cədvəldə həmin faiz də nəzərə alınıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb.

Baş nazirin birinci müavini 2125

Baş nazirin müavini 2031

Nazir, Dövlət Komitə və Fondlarının sədrləri 1875

Nazir, Dövlət Komitə və Fondu sədrinin birinci müavini 1250

Nazir, Dövlət Komitə və Fondlarının sədrinin müavini 1094

Bakı şəhər İcra Hakimiyyətinin Başçısı 1875

Gəncə və Sumqayıt şəhər icra hakimiyyəti başçıları 1094

Şəhər və rayonlar üzrə:

Əhalisi 50 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçıları 937

Əhalisi 50 min nəfərədək olan rayonların icra hakimiyyəti başçıları 750

Milli Məclisin sədri 2925

Deputatlar maaşlarına vergidən azad olan aylıq 50 faiz təmsilçilik haqqı alırlar. Siyahıda həmin faiz də hesablanıb. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var.

Milli Məclis sədrinin birinci müavini 2632

Milli Məclis sədrinin müavini 2486

Milli Məclisin komitə və komissiya sədri 2340

Milli Məclisin komissiya sədrinin müavini 2194

Milli Məclisin deputatı 2048

Polis 400

Sıravi və rütbəli zabitlərin maaşları arasında orta aylıq polis maaşı. Polis əməkdaşları başqa kiçik məbləğli ödənişlər də alırlar.

Ali Məhkəmənin sədri  1785

Hakimlər və prokurorlar əməkhaqlarına bir sıra başqa müavinətlər də alırlar.

Konstitusiya Məhkəməsinin sədri 1785

Ali Məhkəmənin hakimləri 1428

Konstitusiya Məhkəməsinin hakimləri 1517

Rayon məhkəmələrinin başçıları 1071

Baş Prokuror 1785

Baş Prokurorun birinci müavini 1425

Baş Prokurorun müavini 1350

Prokuror-kriminalist 960

İdarənin, şöbənin prokuroru 965

“Azadlıq” radiosu

http://www.azadliqradiosu.az/content/article/24415005.html

Əlaqəli məqalələr

3 şərh

  1. Neft muhendisinin maasi 2344 man ola biler, lakin buna baxmayaraq yayilan sayelere gore 2344 man alan neft muhendisinin maasi 52 faiz artmalidi ama 370-400 man alan fehlenin maasi oldugu yerde qalir. Buna nece qiymet vermek olar?????????????

  2. Salam, evvela bunlarin hamisiynan raziyam, amma yadinizdan cixartmayin ki, ele hekimlerin ozu ay erzinde aldiqlari o maashdan da guclu pul qazanirlar, kim bu saat hekime pulsuz gede bilir, hec kim! Bura Azerbaycandir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button