Rubrikalar: DÜNYA XuralTAC

Prezidentin qızı həbsxanaya göndərildi

Özbəkistanın Baş Prokurorluğu bildirir ki, mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimova ev dustaqlığının şərtlərini pozduğu üçün həbsxanaya qaytarılıb.

Bu haqda qərarı Daşkənd məhkəməsi martın 5-də çıxarıb.

Baş Prokurorluğun məlumatına görə, Kərimova noyabrın 22-də ev dustaqlığının şərtlərini pozub, 2018-ci ilin iyunundan bəri yaşadığı qızı İmanın evini tərk edib. Kərimovanın internetdən də istifadə etdiyi iddia olunur.

Kərimovanın beş illik ev dustaqlığının qalan hissəsini çəkməsi üçün həbsxanaya göndərildiyi bildirilir.

Bu məlumatı təsdiqlətmək mümkün olmayıb. AzadlıqRadiosu martın 5-də axşam son illər Kərimovanı müdafiə edən isveçrəli vəkildən açıqlama ala bilməyib.

***

Qızı Gülnarə Kərimovanın saxlandığını yazır

Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Karimiovanın Daşkənddə saxlandığı xəbər verilib.

Bu barədə məlumatı martın 5-də onun qızı İman özünün Instagram hesabında yayıb.

“Təxminən saat 19-da Özbəkistan prokurorluğunun əməkdaşları mənim Daşkənddəki mənzilimə soxuldular. 2018-ci ilin iyununda şərti azadlığa buraxıldıqdan sonra anam burada mənimlə yaşayırdı. Gələnlərdən biri əvvəlcə “rəhbərliyin” adından anamı hədələdi. Bir neçə dəqiqədən sonra isə prokurorluğun əməkdaşları anamı qeyri-müəyyən istiqamətdə apardılar”.

2015-ci ildə İsveçrə, İsveç və ABŞ-da Gülnarə Kərimovaya qarşı cinayət işləri qaldırılıb.

Onu milyard dollaradək pulun mənimsənilməsində ittiham edirlər. İttihamnamələrdə söhbət ilk növbədə Kərimovanın 6 telekommunikasiya şirkətindən aldığı rüşvətlərdən gedir.

Kərimova Özbəkistanda da 53 milyon dolları mənimsəməkdə ittiham olunurdu.

Daşkənd məhkəməsi onun azadlığının 5 il müddətinə məhdudlaşdırılması barədə hökm çıxarmışdı.

O vergidən yayınmada, oğurluqda, pul qoparmaqda və ofşor şirkətlərə aid sənədləri məhv etməkdə təqsirli bilinmişdi.

Sözügedən pulların böyük qismi, təxminən 800 milyon dollar İsveçrə banklarında aşkar olunub və bu hesablara həbs qoyulub.

Ötən il iyulun 31-də İsveçrənin cinayət işləri üzrə federal məhkəməsi Kərimovanın hesablarına həbs qoyulmasına qarşı verilmiş apellyasiya şikayətini rədd edib.

Bu isə o deməkdir ki, pullar tez bir zamanda Özbəkistan dövlətinə qaytarıla bilər.

Paylaş:

This post was last modified on 10 Mart 2019 10:22 axşam

Share

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının ildönümüdür. "Report" xəbər verir ki, Bakının azad olunmasından 101 il ötür. 1918-ci…

15 Sentyabr 2019 3:09 səhər
  • CƏMİYYƏT
  • XuralTAC

Xırdalanda binaların həyəti satılır-VİDEO

Xırdalan şəhəri 27-ci məhəllə 2B saylı binanın sakini Asif Lətifov mənzilinin qarşısının zəbt olunduğunu bildirib. Mirsahib adlı şəxsin həmin ərazidə…

15 Sentyabr 2019 3:04 səhər
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Abid Şərifovun Avropadaki biznesi-ARAŞDIRMA

Nicat Mahmudov 20 yaşından Londondadır. O, Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid…

15 Sentyabr 2019 2:43 səhər
  • GÜNDƏM
  • XuralTAC

Hüquqşünas İntiqam Əliyevə ofisini geri veriblər

Baş prokurorluq müsadirə etdiyi sənədləri də qaytarıb Baş Prokurorluq tanınmış hüquqşünas İntiqam Əliyevin rəhbərlik etdyi Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisini gözlənilmədən…

15 Sentyabr 2019 1:51 səhər
  • GÜNDƏM
  • XuralTAC

Erməni general: “Paşinyan Ermənistanı məhvə aparır…”

Nikol Paşinyan Ermənistanı müharibəyə aparır və istefa verməlidir. Virtualaz.org xəbər verir ki, belə sensasion bəyanatla Dağlıq Qarabağdan general, “təhlükəsizlik şurasının”…

15 Sentyabr 2019 12:39 səhər
  • ARAŞDIRMA
  • XuralTAC

AKP-nin tənəzzülü: hakim partiya 3 yerə bölünür

Şahin Cəfərli, politoloq   Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyası (AKP) sıralarından istefa verdi. Gözlənilən olsa da, Türkiyə siyasəti üçün…

15 Sentyabr 2019 12:34 səhər
Xural.COM