Prokuror Əfqan Muxtarlının 8 il azadlıqdan məhrum edilməsini istəyib

Bu gün jurnalist Əfqan Muxtarlının işi üzrə prosesdə prokuror yekun sözlə çıxış edib. O, jurnalistin 8 il azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.

Müdafiə tərəfi məhkəməni Ə.Muxtarlıya bəraət verməyə çağırıb.

Jurnalist özü cinayət işinin saxtalaşdırıldığını və hakim elitanın korrupsiya faktlarını araşdırdığına görə təqib olunduğunu bildirib.

Hakim jurnalistin çıxışını dayandırıb.

Hökmün oxunması saat 14:30-a təyin edilib.

* Jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisinin mərkəzində oğurlanaraq gizli şəkildə Azərbaycana göndərilib. Onun sözlərinə görə, bunu Gürcüstanın kriminal polis əməkdaşları Azərbaycanın hüquq-mühafizə orqanları ilə birlikdə ediblər.

Növbəti gün Bakıda məhkəmə Ə.Muxtarlını CM-in üç maddəsilə ittiham edərək həbs edib: 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhəddi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq).

Ə.Muxtarlı yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Həmkarları bildirirlər ki, o, Azərbaycanda korrupsiyaya dair tənqidi yazılarına görə təqib edilir.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button