Prokuror 18 il, zərəçəkmiş tərəf ömürlük, vəkil isə bəraət istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək Sumqayıtda qadını amansızlıqda döyərək qətlə yetirməkdə ittiham edilən Elman Əhmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi isə çıxışında Elman Əhmədovun ömürlük azadlıqdan məhrum edilməsini məhkəmədən tələb edib.
Vəkili Elman Əhmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Təqsirləndirilən şəxs son söz üçün vaxt istəyib. Məhkəmə sentyabrın 28-də davam edəcək.
Qeyd edək ki, Sumqayıt sakini, 1968-ci il təvəllüdlü Gülnaz Dadaşovanın üzərində xəsarətlər olan meyiti yol kənarında aşkarlanıb. İlkin olaraq polisə G.Dadaşovanın müəyyən edilməmiş avtomobillə vurulması və hadisə yerində ölməsi barədə məlumat verilib. Əməliyyat tədbirləri nəticəsində G.Dadaşovanı münaqişə zəminində həmyerlisi, 1975-ci il təvəllüdlü Elman Əhmədovun döyərək qətlə yetirdiyi məlum olub və o, tutularaq məsuliyyətə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button