Prokuror Leyla və Arif Yunusların 11 və 9 il azadlıqdan məhrum edilməsini istəyir

myfkhHüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə məhkəmədə prokuror Fərid Nağıyev çıxış edib. O, məhkəməni L.Yunusu  11, A.Yunusu isə 9 il müddətinə azadlıqdan məhrum etməyə çağırıb, onları dələduzluq, vergidən yayınma və sui-istifadədə təqsirli bilib.

Proses avqustun 10-da vəkillərin çıxışı ilə davam edəcək.

*   *   *

2015 Avqust 06 (Cümə axşamı) 11:04:41

Avqustun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi davam edib.

Əvvəlki günlərdə olduğu kimi, bu dəfə də məhkəmə administrasiyası müstəqil mətbuatın və demokratik ictimaiyyətin nümayəndələrini zala buraxmayıb. Bundan əlavə, bu gün qərb diplomatlarının da girişi məhdudlaşdırılıb. Belə ki, prosesdə yalnız ABŞ, Böyük Britaniya və Fransa diplomatik missiyalarının nümayəndələri iştirak ediblər. Avropa İttifaqı, Hollandiya və Almaniya təmsilçiləri zala buraxılmayıb  və bu, qərb diplomatlarının etirazına səbəb olub.

Proses başlandıqdan yarım saat sonra Arif Yunusun vəziyyəti kəskin pisləşib və o, huşunu itirib. Bu barədə Turan-a onların vəkili məlumat verib. Bununla əlaqədar hakim yarım saat fasilə elan edib və həkim çağırıb. Lakin saat 10:30-dək həkim  gəlməyib.

“Səhərdən Arifə iki dəfə iynə vurulub. Lakin kömək etməyib, o, məhkəmə zalında huşunu itirib. Arif başını həyat yoldaşının dizlərinə qoyaraq gözüyumulu vəziyyətdə uzanıb”, – vəkil Ramiz Məmmədov bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button