Prokuror Məmməd İbrahimə 6 ay iş istədi

Bu gün Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə AXCP sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror onun 6 ay 2 gün azadlıqdan məhrum olunmasını istəyib.

M.İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və xuliqanlıq ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Cəza müddətinin başa çatmasına bir gün qalmış ona qarşı qanunsuz silah saxlamaq ittihamı irəli sürülüb. Sentyabrın 28-da Yasamal Rayon Məhkəməsi M.İbrahimi 2 ay müddətinə həbs edib.

Bugünkü iclasda şahid Mirzə İsgəndərov çıxış edib. O 16 saylı koloniyanın məhbusu olub və iş üzrə şahid qismində cəlb edilib. O deyib ki, M.İbrahimin yastığının altına bıçağı kimin qoyduğunu görməyib.

M.İsgəndərovu çağıranda artıq bıçaq “tapılmışdı”, o, sadəcə, protokolu imzalayıb.

Sonra vəkil Nazim Musayev çıxış edib. O, diqqəti ona yönəldib ki, şahid ifadələri göstərdi ki, bıçaq M.İbrahimə məxsus olmaya bilər. İttihamnamə aktında bıçaqın mənşəyi göstərilməyib. Koloniyada bıçağı saxlamaq üçün yardımçı otaq yoxdur. Deməli, onu koloniyaya kənardan gətiriblər. Lakin istintaq heç bir araşdırma aparmayıb.

Vəkil M.İbrahimə bəraət verilməsini xahiş edib. İkinci vəkil Cavad Cavadov həmkarını dəstəkləyib. O, diqqəti koloniya rəhbərliyinin M.İbrahimə verdiyi xasiyyətnaməyə yönəldib. Orada yazılıb ki, M.İbrahim AXCP sədrinin müşaviridir və sələfiliyi təbliğ edir. AXCP qanunla fəaliyyət göstərən təşkilatdır, sələfilik isə Azərbaycanda qadağan olunmayıb, vəkil qeyd edib.

Məhkəmə prosesi 10 yanvar saat 11.30-da davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button